Bakıda 900 manat borca görə dostunu bıçaqlayan şəxsə hökm oxunub

Bakıda 900 manat borca görə dostunu bıçaqlayan şəxsə hökm oxunub Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mirəli Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
3 May , 2018 16:12
Bakıda 900 manat borca görə dostunu bıçaqlayan şəxsə hökm oxunub
Report

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mirəli Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əhmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakıda baş verib. 17 yaşlı M.Əhmədov mübahisə zəminində tanışı Şahmar Nəsirovu bıçaqlayıb.

Mübahisəyə səbəb borc məsələsi olub. Belə ki, M.Əhmədov ilə Ş.Nəsirov bir müddət Bakıda birlikdə kirayədə yaşayıblar. O, həmin evin yaxınlığında olan mağazadan nisyə kontur, siqaret, spirtli içki və digər ərzaq məhsulları alıb. Mağaza sahibi Ş.Nəsirova görə M.Əhmədova 900 manata qədər nisyə verib. Amma M.Əhmədov həmin pulu ödəməyib.

Daha sonra Ş.Nəsirov M.Əhmədova zamin durduğu üçün həmin pulu mağazaya ödəyib. Ş.Nəsirov isə pulunu ondan tələb edib. Bu zaman tərəflər bir-birinin ünvanına nalayiq ifadələr işlədib. Nəticədə M.Əhmədov Ş.Nəsirova 2 bıçaq zərbəsi endirib.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq olub.

M.Əhmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi