Bakıda 9 evdən oğurluq edən şəxsin məhkəməsi başlayır

Bakıda 9 evdən oğurluq edən şəxsin məhkəməsi başlayır Binəqədi rayonunda silsilə oğurluq törətməkdə təqsirləndirilən Raci Meybullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Dekabr , 2019 14:40
Bakıda 9 evdən oğurluq edən şəxsin məhkəməsi başlayır

Binəqədi rayonunda silsilə oğurluq törətməkdə təqsirləndirilən Raci Meybullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Hakim Abbas Rzayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, R.Meybullayev bu ilin sentyabr ayında Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polis tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Ona Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi