Bakıda 80 min manatlıq qızıl oğurlayan şəxslərə hökm oxunub

Bakıda 80 min manatlıq qızıl oğurlayan şəxslərə hökm oxunub Hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
16 May , 2016 15:40
Bakıda 80 min manatlıq qızıl oğurlayan şəxslərə hökm oxunub

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Yevgeniy Şepiya və Xalid Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, oğurluq hadisəsi keçən ilin dekabrında Sabunçuda baş verib. DİN-in rəsmi məlumatında dekabrın 24-də Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunublar. 

Son xəbərlər

Orphus sistemi