Bakıda 80 min manatlıq dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb

Bakıda 80 min manatlıq dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb Prokuoror vəsatətin təmin edilməməsini istəyib
Hadisə
10 Yanvar , 2017 11:51
Bakıda 80 min manatlıq dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra T.Qurbanov vəsatətlə çıxış edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən deyib ki, T.Qurbanov həbs edilməmişən əvvəl onun barəsində axtarış elan olunub. Prokuoror vəsatətin təmin edilməməsini istəyib.

Vəsatət təmin edilməyib.

Proses yanvarın 13-də davam etdiriləcək. 

Qeyd edək ki, T.Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb. Daha sonra o, həmin şəxslərə pullarını geri qaytarmayıb. Zərəçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında onun barəsində axtarış elan olunub. Daha sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, T.Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. O, Vəkillər Kollegiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi