Yuxarı

Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağını alan şəxslərə hökm oxunub

​Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslərə hökm

31

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağını ələ keçirən İlkin MəlikovKamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Sabir Abdinov çıxışında hər iki şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən ilin sentyabrın 20-də Binəqədi rayonunun Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı Solmaz Fətullayevanın başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağını götürüblər.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, dostu K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi