Yuxarı
    Bağlamaq

    Bakıda 76 yaşlı qadını amansızlıqla qətlə yetirən şəxslər tutulub

    Onlar evdən götürdükləri 750 manat pulu və qızıl əşyaları təhvil veriblər

    Bakı. 23 aprel. REPORT.AZ/ Bakıda 76 yaşlı qadını amansızlıqla qətlə yetirən şəxslər tutulublar.

    "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.

    V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu və qızıl əşyaları təhvil veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi