Bakıda 74 yaşlı kişi özünü bıçaqlayıb

Bakıda 74 yaşlı kişi özünü bıçaqlayıb Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır
Hadisə
11 Yanvar , 2017 09:40
Bakıda 74 yaşlı kişi özünü bıçaqlayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda 74 yaşlı kişi özünü bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Xan Babayev küçəsi 1 ünvanında yaşayan 1943-cü il təvəllüdlü Məlikov Qəndalı Hüseyn oğlu intihar etmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Q.Məlikov ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi