Bakıda 7 yaşlı uşağı maşın vurub

Bakıda 7 yaşlı uşağı maşın vurub Hadisəni törədən sürücü xəsarət alan uşağı yaxınlıqdakı xəstəxanaya yerləşdirib
Hadisə
25 İyul , 2017 06:51
Bakıda 7 yaşlı uşağı maşın vurub

Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda Piyadanı maşın vurub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Maştağa Qəsəbəsi Kirov dairəsi adlanan ərazidə "Niva" markalı avtomobil yolu keçən 7 yaşlı Məmmədov Ayxan Xəyal oğlunu vurub. Hadisəni törədən sürücü xəsarət alan uşağı yaxınlıqdakı xəstəxanaya yerləşdirib. Onun vəziyyəti orta ağırdır.

Hadisəni törədən sürücü Sabunçu rayon polis idarəsi tərəfindən məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır 

Son xəbərlər

Orphus sistemi