Yuxarı
    Bağlamaq

    Bakıda 60 yaşlı sürücü yaşlı piyadanı vuraraq öldürüb

    Yaşlı qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb

    Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda 60 yaşlı sürücü yaşlı piyadanı vuraraq öldürüb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Afiq Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə 1953-cü il təvəllüdlü Möhübbət Baxşıyevi vurub. M.Baxşıyev 3 saylı xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər nəticəsində, noyabrın 30-da orada ölüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi