Bakıda 6 avtomobil toqquşub

Bakıda 6 avtomobil toqquşub Bakıda zəncirvari qəza baş verib.
Hadisə
14 Noyabr , 2019 22:35
Bakıda 6 avtomobil toqquşub

Bakıda zəncirvari qəza baş verib.

"Report" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan "Hyundai", "Chevrolet", "VAZ-2106" və digər avtomobillər də daxil olmaqla, 6 nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edilir ki, hadisəyə yolun sürüşkən olması səbəb olub.

Qəza ilə bağlı yolda tıxac yaranıb.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi