Bakıda 6 avtomobil toqquşub, yolda tıxac yaranıb

Hadisə
  • 25 iyun, 2019
  • 13:50
Bakıda 6 avtomobil toqquşub, yolda tıxac yaranıb

Bakıda zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonu, Mətbuat prospektində qeydə alınıb.

Belə ki, 6 nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda Mətbuat prospektində tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.