Yuxarı

Bakıda 59 yaşlı şəxs bıçaqlanaraq qətlə yetirilib

​Bakıda 59 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

Bakıda qətl hadisəsi törədlib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, rayonun Müşfiq qəsəbəsində 1960-cı il təvəllüdlü Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib ki, Ş.Xələfov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun öldüyü məlum olub. 

Hadisə barədə Qaradağ rayon Polis İdarəsi və Qaradağ rayon Prokurorluğu məlumatlandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi