Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb

Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Mart , 2017 15:16
Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, NZS qəsəbəsində yaşadığı evdə 1964-cü il təvəllüdlü Azər Zamin oğlu Həsənov adları hələlik açıqlanmayan iki qohumu tərəfindən döyülüb. A.Həsənov baş və bədən nahiyələrindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi