Bakıda 50 manat pula görə quldurluq edən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
- 01 noyabr, 2018
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Samir Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Ramazanov bu il aprelin 18-də Bakı şəhər sakini Rəsul Bayramovun 50 manat pulunu quldurluq yolu ilə ələ keçirib.
Nizami rayon Polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş S.Ramazanov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.