Yuxarı
    Bağlamaq

    Bakıda 5 gün əvvəl intihara cəhd edən şəxs ölüb

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb

    Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda 5 gün əvvəl kirayə yaşadığı evdə intihara cəhd edən şəxs ölüb.

    "Report"un xəbərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü E.İ kirayədə yaşadığı evin həyətində özünü iplə asıb. Bunu görən ev sahibi onu dərhal xilas edib. E.İ. 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilən E.İ bu gün orada ölüb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi