Bakıda 49 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 20 fevral, 2022
  • 01:28
Bakıda 49 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil 1973-cü il təvəllüdlü Abbasova Naidə Böyükağa qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, sol incik və daban sümüklərini yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.