Bakıda 45 yaşlı kişini avtomobil vurdu

Bakıda 45 yaşlı kişini avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
14 Aprel , 2021 06:18
Bakıda 45 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Xankişiyev Rövşən Nizami oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ pəncənin 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi