​Bakıda 44 yaşlı qadın intihar edib

​Bakıda 44 yaşlı qadın intihar edib Faktla bağlı cinayət işi başlanıb
Hadisə
30 İyun , 2016 13:23
​Bakıda 44 yaşlı qadın intihar edib

Bakı. 30 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda 44 yaşlı qadın zəhərlənmə nəticəsində ölüb.

“Report” xəbər verir ki, M.Ələkbərov küçəsində yaşayan 1972-ci il təvəllüdlü Şəlalə Əliyeva essensiya turşusundan zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi