Bakıda 44 yaşlı kişi naməlum şəxs tərəfindən döyülüb

Hadisə
  • 10 iyun, 2019
  • 19:11
Bakıda 44 yaşlı kişi naməlum şəxs tərəfindən döyülüb

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Mehman Həsənov naməlum şəxs tərəfindən döyülüb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxana aparılıb. Ona beyin silkələnməsi və burnun sınığı diaqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Daha əvvəl Bakının Yasamal rayonu ərazisində döyülmə hadisəsi olub.