Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxsin məhkəməsi başlayıb

Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib
Hadisə
23 Avqust , 2017 15:04
Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxsin məhkəməsi başlayıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 44 yaşlı kişini bıçaqlayaraq qaçan Tahir İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Nəsimi rayonu, Mir Cəlal Paşayev küçəsində baş verib. 1973-cü il təvəllüdlü Rüstəm Əhmədov 4-cü mikrorayon ərazisində naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1985-ci il təvəllüdlü T.İsgəndərov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi