Yuxarı

​Bakıda 44 yaşlı kişi sirkə turşusu içərək intihar edib

Faktla bağlı istintaq davam etdirilir

Bakı. 16 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonunda intihar hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, Binə qəsəbəsi, “Donuzçuluq” sovxozunda nömrəsiz evdə yaşayan 44 yaşlı Canpolad Məmmədov intihar məqsədi ilə sirkə turşusu içib.

C.Məmmədov Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən istintaq davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi