Bakıda 43 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi açılıb

Bakıda 43 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi açılıb Yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
372
25 Yanvar , 2022 12:02
Bakıda 43 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi açılıb

Bakıda 43 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib, nəticədə o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi