Bakıda 42 yaşlı qadını avtomobil vurub

Bakıda 42 yaşlı qadını avtomobil vurub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Yanvar , 2022 04:25
Bakıda 42 yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Şüvəlan qəsəbəsində yolu keçən 1980-ci il təvəllüdlü Muradova Aynurə Mirtağı qızını avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını öz avtomobilnə qoyaraq xəstəxanaya çatdırıb. Müayinə zamanı ona sağ oturaq sümüyünün və qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi