Bakıda 42 yaşlı kişi soyğunçuluq edib

Bakıda 42 yaşlı kişi soyğunçuluq edib Bakıda 42 yaşlı kişi soyğunçuluq edib.
Hadisə
29 Noyabr , 2019 11:23
Bakıda 42 yaşlı kişi soyğunçuluq edib

Bakıda 42 yaşlı kişi soyğunçuluq edib.

“Report”un xəbərinə görə, hadisə noyabrın 27-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, axşam saatlarında Bakı şəhər sakini S.Abbasovun içərisində 30 manat pul, şəxsiyyət vəsiqəsi və digər əşyaları olan pulqabısı naməlum şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilib.

Daha sonra S.Abbasov hüquq-mühafizə orqanları əməkdaşına müraciət edib.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1977-cı il təvəllüdlü A.Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi