Yuxarı

Bakıda 42 yaşlı kişi boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib

Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda qanlı hadisə baş verib.

"Report"un məlumatına görə, 42 yaşlı Azər Məmmədov rayonun 8-ci mkr ərazisindən boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat edilib və hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerinə gəliblər.

Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgün olub-olmaması polisin apardığı araşdırmaların yekununda məlum olacaq.

Faktla əlaqədar cinayət işi başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi