Bakıda 41 yaşlı kişini avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda 41 yaşlı kişini avtomobil vurdu, vəziyyəti ağırdır Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 İyul , 2021 01:38
Bakıda 41 yaşlı kişini avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Sulutəpə qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü, İbrahimov Xəyyam Bəhlul oğlunu yüksək sürətlə hərəkət edən minik avtomobili vurub. Hadisə yerində ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi