Bakıda 4 nəfəri həbslə hədələyib, pul almaqda təqsirləndirilən sabiq polis əməkdaşı və digərlərinin məhkəməsi başlayıb

Bakıda 4 nəfəri həbslə hədələyib, pul almaqda təqsirləndirilən sabiq polis əməkdaşı və digərlərinin məhkəməsi başlayıb Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
16 İyul , 2018 12:15
Bakıda 4 nəfəri həbslə hədələyib, pul almaqda təqsirləndirilən sabiq polis əməkdaşı və digərlərinin məhkəməsi başlayıb

Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

F.Əliyevin anket məlumatları dəqiqləşdirilən zaman bəlli olub ki, o, sabiq polis əməkdaşı olub.

A.Hikmətov və V.Əliyev isə daha əvvəllər məhkumluq həyatı yaşayıb.

Məhkəmənin baxış iclası iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı "polisi" saxlayıblar.

Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

Cinayət işinin ilkin materiallarına görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 300 manatını əlindən alıblar.

Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb.

Həmin şəxslərin barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən) maddəsi ilə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi