Bakıda 4 nəfəri həbslə hədələyib, pul alan şəxslərin məhkəməsi başlayır

Bakıda 4 nəfəri həbslə hədələyib, pul alan şəxslərin məhkəməsi başlayır Bakı. 6 iyul. REPORT.AZ/ Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
6 İyul , 2018 11:02
Bakıda 4 nəfəri həbslə hədələyib, pul alan şəxslərin məhkəməsi başlayır
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin edilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı "polisi" saxlayıblar.

Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

Cinayət işinin ilkin materiallarına görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 300 manatını əlindən alıblar.

Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb.

Həmin şəxslərin barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən) maddəsi ilə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi