Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlanıb

Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlanıb Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
28 İyun , 2017 14:18
Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlanıb
Courtesy İmage

Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, "Quşçuluq ferması" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə 37 yaşlı Süleyman İsfəndiyar oğlu Rüstəmov mübahisə zəminində hər iki ayağından bir neçə bıçaq xəsarəti alıb. O, daha sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, S.Rüstəmovun yaxınları onun qonşusu ilə mübahisə etdiyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi