Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Mikayılov Emil yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ sirkə kasasının yerdəyişmiş sınığı diaqnozu qoyulub.