Bakıda 36 yaşlı qadını avtomobil vurub

Bakıda 36 yaşlı qadını avtomobil vurub Xumar Hüseynova hadisə zamanı ağır xəsarət alıb
Hadisə
20 Sentyabr , 2017 23:29
Bakıda 36 yaşlı qadını avtomobil vurub
Foto: Report.az

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda 36 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, İsmayıl Məmmədov küçəsində piyada zolağı ilə hərəkət edən 1981-ci il təvəllüdlü Hüseynova Xumar Teyyub qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Sürücünün saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi