Bakıda dənizdə batma təhlükəsində olan 36 yaşlı qadın xilas edilib

Hadisə
  • 12 iyul, 2023
  • 13:32
Bakıda dənizdə batma təhlükəsində olan 36 yaşlı qadın xilas edilib

Bakıda dənizdə batma təhlükəsində olan 36 yaşlı qadın xilas edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazidə 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran-2” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək ailə üzvlərinə təhvil verilib.

Bakıda dənizdə batma təhlükəsində olan 36 yaşlı qadın xilas edilib

44 filmi