Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, metronun “Neftçilər” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Nuriyeva Zərifə Mirhəşim qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol tərəfli oturaq və qasıq sümüklərinin sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.