Bakıda 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Bakıda 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb Ziyad Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib
Hadisə
28 Oktyabr , 2017 05:23
Bakıda 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Ramana qəsəbəsində, "Şuşa şəhərciyi" kimi tanınan ərazidə 1982-ci il təvəllüdlü Əliyev Ziyad Rafiq oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava edib. Ona qonşusu tərəfindən iki bıçaq zərbəsi vurulub. Z.Əliyev təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxsin axtarışına başlanılıb.  

Son xəbərlər

Orphus sistemi