Bakıda 34 yaşlı şəxs bıçaqlanaraq öldürülüb

Bakıda 34 yaşlı şəxs bıçaqlanaraq öldürülüb Martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
13 Mart , 2022 21:38
Bakıda 34 yaşlı şəxs bıçaqlanaraq öldürülüb

Martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Pərviz Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi