Bakıda 33 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb, saxlanılan var - YENİLƏNİB

Bakıda 33 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb, saxlanılan var - YENİLƏNİB Dekabrın 27- də saat 03 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə
27 Dekabr , 2023 07:03
Bakıda 33 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb, saxlanılan var - YENİLƏNİB

Dekabrın 27-si saat 2 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı E.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, E.Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

06:49

Dekabrın 27- də saat 3 radələrində Bakının Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in "Report"a mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş ver verib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi