Bakıda 30 yaşlı şəxsi bıçaqlayan tutuldu

Bakıda 30 yaşlı şəxsi bıçaqlayan tutuldu Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
13 Mart , 2020 09:33
Bakıda 30 yaşlı şəxsi bıçaqlayan tutuldu
pexels.com

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, martın 12-si saat 02:30 radələrində paytaxtın Nərimanov rayon, Ağa Nemətulla küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.Hüseynovu bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsi və 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1999-cu il təvəllüdlü E.Həsənov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsiniin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi