Yuxarı

​Bakıda 3 nəfər köməksiz vəziyyətdə qalıb

FHN əməkdaşları liftdə qalmış şəxsləri xilas edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonu ərazisində 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş xilasediciləri liftin qapısını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi