Bakıda üç nəfər əcnəbini soydu

Bakıda üç nəfər əcnəbini soydu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1 000 manat pulunu götürməsini bildirib.
Hadisə
11 İyun , 2020 12:17
Bakıda üç nəfər əcnəbini soydu
Report

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1 000 manat pulunu götürməsini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.MəlikovK.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi