Bakı. 2 yanvar. REPORT.AZ/ Bakıda “28 Mall” ticarət mərkəzində yanğın baş verib.
"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxinin dam örtüyündə quraşdırlımış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb.
Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunublar. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.