Bakıda 27 il həbsdə olmuş qardaşlar yenidən tutulub - FOTOLAR

Bakıda 27 il həbsdə olmuş qardaşlar yenidən tutulub - FOTOLAR Onların cinayətlərinin sayının artacağı da istisna olunmur
Hadisə
1 Dekabr , 2014 14:15
Bakıda 27 il həbsdə olmuş qardaşlar yenidən tutulub - FOTOLAR

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda silsilə oğurluqlar edən iki qardaş saxlanılıb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Göyçay rayon sakinləri 1976-cı il təvəllüdlü Cəfərov Fərhad Əzizağa oğlu və onun qardaşı 1983-cü il təvəllüdlü Cəfərov Sədi Əzizağa oğlu həbs edilib. Araşdırma zamanı onların Xəzər rayonundakı həyət evlərindən məişət və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Saxlanılan şəxslər hələlik 5 evdən oğurluq etdiklərini etiraf ediblər. Lakin F.Cəfərov və S.Cəfərovun cinayətlərinin sayının artacağı da istisna olunmur. 

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, qardaşlardan F.Cəfərov indiyə qədər oğurluq və quldurluq etdiyi üçün  ömrünün 20 ilini həbsxanalarda keçirib. Digər qardaş  S.Cəfərov isə oğurluq etdiyi  üçün bir dəfə 7 il müddətinə azadlıqdan məhrum olunub. Qardaşlar ümumilikdə üst-üstə 27 il həbsdə olub.

Son xəbərlər

Orphus sistemi