Bakıda 26 yaşlı qızı maşın vurub

Bakıda 26 yaşlı qızı maşın vurub Sürücü saxlanılıb
Hadisə
2 Sentyabr , 2017 06:30
Bakıda 26 yaşlı qızı maşın vurub
Foto: Report.az

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident 1991-ci il təvəllüdlü Tağıyeva Nəhayət Arif qızı yolu keçmək istəyən zaman baş verib.

Qəzanı törədən sürücü yaralını xəstəxanaya aparıb. Daha sonra o, Nəsimi Rayon Polis İdarəsinin 20 Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Son xəbərlər

Orphus sistemi