Bakıda 26 yaşlı qadın dəm qazından zəhərlənib

Bakıda 26 yaşlı qadın dəm qazından zəhərlənib Hamam otağında standartlara uyğun olmayan qızdırıcı quraşdırılıb
Hadisə
23 Noyabr , 2016 10:58
Bakıda 26 yaşlı qadın dəm qazından zəhərlənib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda 26 yaşlı qadın hamam otağında dəm qazından zəhərlənib

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ev 11-də qeydə alınıb.

Belə ki, 1990-cı il təvvəllüdlü Muradova Reyhanə Naməddin qızı evdə tək olduğu vaxt hamam otağına daxil olub və dəm qazından zəhərlənib. R.Muradova xəstəxanaya çatdırılıb. Onun vəziyyəti kafi kimi qiymətləndirilir.

Araşdırma zamanı məlum olub ki, hamam otağında standartlara uyğun olmayan qızdırıcı quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi