Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub

Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən vəzifəli şəxslərin mülkiyyət əleyhinə olan inzibati xətalar sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində fəaliyyəti davam etdirilir. Baş Prokurorluğun Cina
Hadisə
302
29 Aprel , 2022 16:02
Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub

Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədovanın həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək dələduzluq yolu ilə özgənin əmlakını talayıb.

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib, N.Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi