Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb

Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb.
Hadisə
14 Yanvar , 2020 11:18
Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb

Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə ötən ilin dekabr ayının 18-də paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, M.Seyidova məxsus avtomobil oğurlanıb.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Məmmədov yanvarın 13-də tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi