​Bakıda 25 yaşlı oğlanı qətlə yetirən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda 25 yaşlı oğlanı qətlə yetirən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası aprelin 18-nə təyin edilib
Hadisə
5 Aprel , 2016 15:29
​Bakıda 25 yaşlı oğlanı qətlə yetirən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində 25 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttərov və 1990-cı il təvəllüdlü Xətai Şirinov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbəsinin sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Sətdərov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunublar.

2016-cı il fevral ayının 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Sətdərov və X.Şirinovun hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi