​Bakıda 25 yaşlı oğlanı qətlə yetirən şəxslər Ali Məhkəməyə müraciət edib

​Bakıda 25 yaşlı oğlanı qətlə yetirən şəxslər Ali Məhkəməyə müraciət edib İşə Ali Məhkəmədə baxılacaq
Hadisə
26 Aprel , 2016 09:15
​Bakıda 25 yaşlı oğlanı qətlə yetirən şəxslər Ali Məhkəməyə müraciət edib

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində 25 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttərov və 1990-cı il təvəllüdlü Xətai Şirinov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbəsinin sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Sətdərov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunublar.

2016-cı il fevral ayının 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Sətdərov və X.Şirinovun hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi