Yuxarı
    Bağlamaq

    Bakıda 25 yaşlı ər arvadına bizlə çoxsaylı xəsarətlər yetirib

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı sakini həyat yoldaşına ağır xəsarətlər yetirib.

    “Report”un xəbərinə görə, hadisə Naximov küçəsi 3 ünvanının qarşısında qeydə alınıb.

    1991-ci il təvəllüdlü Valeh Məmmədov ailə münaqişəsi zəminində arvadı 1990-cı il təvəllüdlü Qızbəs Məmmədovaya kürək, qol və qarın nahiyələrindən bizlə çoxsaylı xəsarətlər yetirib.

    Q.Məmmədova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi