Bakıda 25 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb
Hadisə
- 22 mart, 2022
- 06:19
Binəqədi rayonunda 25 evin su sayğacı oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq istintaqa təqdim edilib.
O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda 25 evin su sayğacını oğurladığını və əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib araşdırmalar davam etdirilir.
Son xəbərlər
10:13
Azərbaycanla İordaniya arasında viza tələbi ləğv ediləcək
Milli Məclis10:10
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında saziş təsdiq ediləcək
Milli Məclis10:08
"Atletiko Nasional" Xames Rodrigesin transferini açıqlayıb
Futbol10:05
Azərbaycanda ictimai binalar və qurğulara dair layihələndirmə normaları təsdiqlənib
İnfrastruktur09:43
Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
Qarabağ09:42
AMB gündəlik kreditlərin restrukturizasiyası şərtlərini sərtləşdirib
Maliyyə09:30
Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Qarabağ və Şərqi Zəngəzura səfər edir
Qarabağ09:28
Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb
Region09:28