Bakıda 24 yaşlı gənc qohumu tərəfindən bıçaqlanıb

Bakıda 24 yaşlı gənc qohumu tərəfindən bıçaqlanıb Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
9 Yanvar , 2017 13:20
Bakıda 24 yaşlı gənc qohumu tərəfindən bıçaqlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda 24 yaşlı gənc qohumu tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Əliyev Rüstəm Füzuli oğlu qohumu ilə kafedə yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və qohumu R.Əliyevi bıçaqlayıb.

R.Əliyev təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi